...

Azərbaycanda havanın temperaturu 4-6 dərəcə enəcək, bəzi yerlərdə intensiv yağış yağacaq

Cəmiyyət Materials 6 Oktyabr 2014 13:11 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində külək güclənəcək, havanın temperaturu 4-6 dərəcə enəcək, bəzi yerlərdə intensiv yağış yağacaq.
Azərbaycanda havanın temperaturu 4-6 dərəcə enəcək, bəzi yerlərdə intensiv yağış yağacaq

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycan ərazisində külək güclənəcək, havanın temperaturu 4-6 dərəcə enəcək, bəzi yerlərdə intensiv yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin dən Trend-ə bildiriblər ki, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında gecə və gündüz havanın temperaturu 11-16 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində oktyabrın 7-də yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.

Temperaturun gecə 10-14, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 1-5, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti