...

Azərbaycanda yaxın 2 gündə havanın temperaturu daha 4 dərəcə yüksələcək

Cəmiyyət Materials 11 Oktyabr 2014 13:20 (UTC +04:00)
Azərbaycanda oktyabrın 12 və 13-də havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə yüksələcək.
Azərbaycanda yaxın 2 gündə havanın temperaturu daha 4 dərəcə yüksələcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda oktyabrın 12 və 13-də havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin səhər bəzi yerlərdə hava çiskinli olacaq. Mülayim cənub küləyi ilə əsəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 19-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə gecə və səhər duman olacaq, şərq rayonlarında çiskinli yağış yağacaq. Mülayim şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti