...

Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 12 Oktyabr 2014 15:12 (UTC +04:00)
Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq.
Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s.

Havanın temperaturunun gecə 12-15 dərəcə isti, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 13-15 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 8-13 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında oktyabrın 13-də əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti