...

Azərbaycanda havanın temperaturu 26 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 14 Oktyabr 2014 13:14 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu 26 dərəcəyə kimi yüksələcək.
Azərbaycanda havanın temperaturu 26 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu 26 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan əskər rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam saatlarında bəzi qərb rayonlarında və Lənkəran-Astara bölgəsində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti