...

Azərbaycanda bu tədris ilindən bəzi təhsil müəssisələrində tələbə qəbulu vahid imtahan əsasında aparılacaq

Cəmiyyət Materials 16 Oktyabr 2014 13:47 (UTC +04:00)
Bu tədris ilindən başlayaraq bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq.
Azərbaycanda bu tədris ilindən bəzi təhsil müəssisələrində tələbə qəbulu vahid imtahan əsasında aparılacaq

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu tədris ilindən başlayaraq bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparılır.

Nazir qeyd edib ki, artıq bir ay ərzində şagirdlərin 2 ayrı imtahan, yəni buraxılış və qəbul imtahanları veməsinə ehtiyac olmayacaq. Hazırda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahanın keçirilməsi məsələsi müzakirə edilir: "Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı TQDK və Təhsil Nazirliyi arasında məsləhətləşmələr aparılır. Məsləhətləşmələr sona çatdırılır. Artıq bu tədris ilində biz bu sahədə də yenilikləri tətbiq edə biləcəyik. Yeniliklər orta ixtisas təhsili müəssisələri, yaradıcılıq ixtisasları olan ali məktəblər və digər bəzi təhsil müəssisələri üçün artıq bu tədris ilindən başlayaraq tətbiq ediləcək. Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Bu islahat ardıcıl olaraq həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti