...

Azərbaycanda regional təhsil idarələrinin yaradılması təxirə salınır

Cəmiyyət Materials 16 Oktyabr 2014 14:07 (UTC +04:00)
Azərbaycanın regionlarında Təhsil Nazirliyinin regional idarələrinin yaradılması təxirə salınır.
Azərbaycanda regional təhsil idarələrinin yaradılması təxirə salınır

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın regionlarında Təhsil Nazirliyinin regional idarələrinin yaradılması təxirə salınır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandılması mərasimində deyib.

Onun sözlərinə görə, regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılması nəzərdə tutulurdu. Ancaq gələn ilin dövlət büdcəsi layihəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb.

Nazir qeyd edib ki, növbəti ildə də bu il tətbiq edilən sistem fəaliyyət göstərəcək.

M.Cabbarovun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək: "Yerlərdəki təhsil şöbələrinin tabeliyində olan məktəblərin idarə edilməsi ilə bağlı Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətləri indi həyata keçirilən şəkildə davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti