...

"Nida"nın həbsdə olan keçmiş üzvü ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək istəyir (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2014 15:21 (UTC +04:00)
"Nida" Vətəndaş Hərəkatının həbsdə olan keçmiş üzvü Bəxtiyar Quliyev ona ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək məqsədilə müvafiq şərait yaradılması üçün Penitensiar Xidmətin rəisinə müraciət edib.
"Nida"nın həbsdə olan keçmiş üzvü ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək istəyir (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Nida" Vətəndaş Hərəkatının həbsdə olan keçmiş üzvü Bəxtiyar Quliyev ona ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək məqsədilə müvafiq şərait yaradılması üçün Penitensiar Xidmətin rəisinə müraciət edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan B.Quliyev Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevə müraciət ünvanlayıb.

B.Quliyevin xahişi ilə müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

"Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Penitensiar Xidmətin rəisi

general-leytenant cənab Mədət Quliyevə

MÜRACİƏT

Mən Quliyev Bəxtiyar Səməndər oğlu, keçmiş "Nida"çı 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 234.1, 228.3 və 220.1-ci maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişəm. Hhazırda Apellyasiya məhkəməsində işimə baxılır.

Mən əvvəl yazdığım müraciətimdə Azərbaycan Respublikasının Prezidentinə bildirmişəm ki, törətdiyim cinayət əməlinə görə peşman olmuşam. Habelə istədim ki, mən Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq, gələcək quruculuqda əlimdən gələni edim.

Prezidentimiz gənclərlə görüşlərdə demişdir ki, siz gənclər Azərbaycanın gələcəyisiniz. Mən də bu gənclərin sırasında olmaq istəyirəm.

Bu gün mənə şərait və şans verilsə, mən ömrümün axırına kimi Vətənimə və xalqıma xidmət etməyə hazıram.

Təcridxanada mən dərk etdim ki, vətənimizdə gedən quruculuq işlərinin memarı ulu öndər Heydər Əliyev olmuşdur. Vətənpərvər bir gənc kimi ulu öndərin məzarını ziyarət etməyi özümə mənəvi borc bilirəm.

Xahiş edirəm, ulu öndərin məzarını ziyarət etmək üçün mənə müvafiq şərait yaradılmasında köməklik göstərəsiniz.

Quliyev Bəxtiyar Səməndər oğlu

04.10.2014"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti