...

İranın Ərdəbil əyalətində qar yağdı, dərslər dayandı

Cəmiyyət Materials 20 Oktyabr 2014 10:30 (UTC +04:00)
İranın Ərdəbil əyalətində qar yağıb, bəzi şəhərlərdə qarın hündürlüyü 15 santimetrə çatıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
İranın Ərdəbil əyalətində qar yağdı, dərslər dayandı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Ərdəbil əyalətində qar yağıb, bəzi şəhərlərdə qarın hündürlüyü 15 santimetrə çatıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Ötən gecədən güclü qar yağması nəticəsində Ərdəbil, Nir, Nəmin, Meşginşəhr, Hir, Ərşəq və Lahrud şəhərlərində səhər növbəsində məktəblərdə dərslər dayanıb. Qar Ərdəbil şəhərində ağacların budaqlarının sınmasına səbəb olub.

Ərdəbil əyalətinin Azərbaycan sərhədlərinə yaxın Germi, Xalxal, Meşginşəhr, Əsalim və Rəzi istiqamətində yollar buz bağlayıb və avtomobillər yalnız zəncirlərin köməyi ilə hərəkət edirlər.

Ərdəbil əyalətinin qar yağan şəhərlərində havan tempuraturunun mənfi 10 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti