...

MTRŞ Azərbaycanda analoq yayımın dayandırılması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 20 Oktyabr 2014 12:14 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası Azərbaycan ərazisində analoq yayımın dayandırılması məsələsinə aydınlıq gətirib.
MTRŞ Azərbaycanda analoq yayımın dayandırılması məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Televiziya və Radio Şurası Azərbaycan ərazisində analoq yayımın dayandırılması məsələsinə aydınlıq gətirib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend-ə müsahibəsində deyib ki, Azərbaycanda rəqəmsal yayımla bağlı məsələ artıq öz həllini tapıb: "Azərbaycan ərazisi rəqəmsal yayımla əhatə olunub. İndi əsas məsələ analoq yayımın dayandırılmasıdır. Bunun üçün isə aztəminatlı ailələrin dekoderlərlə təmin edilməsi məsələsi gündəmdə qalır. Ümid edirəm ki, o da yaxın vaxtlarda öz həllini tapacaq. Yəni biz Azərbaycan hökumətinə xüsusi müraciət etmişik ki, Azərbaycanda aztəminatlı əhalinin dekoderlərlə təmin edilməsi üçün vəsait ayrılsın. Bu məsələ öyrənilir, bununla bağlı lazımi qurumlara tapşırıqlar verilib".

N.Məhərrəmli ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq: "Əgər biz analoq yayımı dayandırarıqsa, əhalinin bir hissəsinin televiziya kanallarına baxmasında problemlər yarana bilər. Onun üçün də biz bu məsələyə hazır olmalıyıq, əhalinin müəyyən qədər aztəminatlı hissəsi dekoderlərlə təmin olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti