...

Bakıda 78 sürücü polisin qanuni əmrinə tabe olmayıb

Cəmiyyət Materials 20 Oktyabr 2014 12:26 (UTC +04:00)
Ötən həftə ərzində paytaxtda polisin qanuni əmrinə tabe olmayan 78 sürücü qeydə alınaraq saxlanılıb.
Bakıda 78 sürücü polisin qanuni əmrinə tabe olmayıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Ötən həftə ərzində paytaxtda polisin qanuni əmrinə tabe olmayan 78 sürücü qeydə alınaraq saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, oktyabrın 11-dən 18-dək bir həftə ərzində paytaxtın inzibati ərazisində 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Həftə ərzində avtomobili sərxoş halda idarə edən 257, qəza şəraiti yaradan 50, işıqforun qırmızı işığında hərəkət edən 308, ötmə və manevretmə qaydalarını pozan 197, avtomobili icazə verilməyən pərdə və plyonka ilə idarə edən 26, polisin qanuni əmrinə tabe olmayan 78, avtoxuliqanlıq edən 10, sərnişindaşımada yol hərəkəti qaydalarını pozan 46 sürücü aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Bundan əlavə, yol hərəkəti qaydalarını pozan 2359 piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Ümumilikdə həftə ərzində yol polisi əməkdaşları tərəfindən paytaxtda 16235 yol hərəkəti pozuntusu faktı qeydə alınıb. Onlardan 5902-si kobud xarakterli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti