...

Azərbaycan sinoptiklərindən şad xəbər

Cəmiyyət Materials 20 Oktyabr 2014 12:42 (UTC +04:00)
Oktyabrın 22-23-dən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək.
Azərbaycan sinoptiklərindən şad xəbər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Oktyabrın 22-23-dən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti