...

"Azerspace-1" peyki ilə yayımlanan Türkiyə televiziya kanallarının sayı 20-yə çatdı

Cəmiyyət Materials 20 Oktyabr 2014 17:02 (UTC +04:00)
“Azerspace-1” peyki üzərindən yayımlanan televiziya kanalları siyahısına Türkiyənin daha bir məşhur televiziyası daxil oldu.
"Azerspace-1" peyki ilə yayımlanan Türkiyə televiziya kanallarının sayı 20-yə çatdı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Azerspace-1" peyki üzərindən yayımlanan televiziya kanalları siyahısına Türkiyənin daha bir məşhur televiziyası daxil oldu.

"Azərkosmos" ASC-dən Trend-ə bildiriblər ki, Türkiyənin ən baxılan xəbər kanallarından olan NTV "Azerspace-1" telekommunikasiya peyki üzərindən yayıma başlayıb.

Böyük izləyici kütləsinə malik olan bu informasiya kanalı Türkiyənin digər kanallarının da daxil olduğu paketdən 11015/H/30000 tezliyi ilə yayımlanır. Türkiyə kanalları "Azərkosmos"la işbirliyinə artan maraqlarını şirkətin müştəri məmnunluğunu, xidmətin davamlılığını və çevikliyini əsas tutması və yüksək keyfiyyətli peyk xidmətləri göstərməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, Euro D, EuroStar, TV 8 Int, Show Türk, ATV Avrupa test card, ATV Avrupa, Show Türk, NTV Avrupa, Zuhur TV, Can Azerbaycan, Samanyolu Haber, Yumurcak TV, TMB, Semerkand TV, TRT Avaz, TRT 1, Samanyolu TV Avrupa, Fox Türkiye, Cine 5 kanalları da "Azerspace-1" peyki üzərindən yayımlanır.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti