...

Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı

Cəmiyyət Materials 20 Oktyabr 2014 21:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanda Prezident qərara alıb ki, "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:
"8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq".

Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.

Xəbər lenti

Xəbər lenti