...

Bakının Nizami rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2014 10:36 (UTC +04:00)
18 oktyabr – Müstəqillik Günü münasibətilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Bakının Nizami rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

18 oktyabr - Müstəqillik Günü münasibətilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Məhz, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin III rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında ətraf mühitin qorunması və ekologiya ilə bağlı müxtəlif tapşırıqlar verib.

Trend-in məlumatına görə, keçirilmiş aksiya çərçivəsində İ.Məmmədov küçəsinin və Babək prospektinin kəsişməsi boyunca yol kənarlarında yaşıllıqların salınması məqsədilə partiya fəalları və rayon ictimaiyyəti tərəfindən onlarla Eldar şamı və digər növ həmişə yaşıl ağaclar əkilib.

Rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti