...

Aviaqəzada həlak olmuş "Total" rəhbəri yerinə varis hazırlayıb

Cəmiyyət Materials 21 Oktyabr 2014 12:50 (UTC +04:00)
Fransanın “Total” neft şirkətinin rəhbəri, ötən gecə Rusiyanın “Vnukovo” aeroportunda həlak olan Kristof de Marjeri özünə varis hazırlayıb.
Aviaqəzada həlak olmuş "Total" rəhbəri yerinə varis hazırlayıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Fransanın "Total" neft şirkətinin rəhbəri, ötən gecə Rusiyanın "Vnukovo" aeroportunda həlak olan Kristof de Marjeri özünə varis hazırlayıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti Fransa mətbuatına istinadən məlumat yayıb.

"France Info" radiosunun məlumatına görə, "Total" neft şirkətinin prezidenti postunu marketinq üzrə baş direktor Filipp Buasso və ya Neft emalı şöbəsinin rəhbəri Patrik Puyanne tuta bilər.

KİV xatırladıb ki, may ayında "Total"ın səhmdarları şirkət rəhbəri üçün yaş həddinin 65 yaş müəyyən olunması barədə qərar qəbul ediblər. De Marjerinni 63 yaşı olub.

Çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə dörd nəfər - Kristof de Marjeri, pilotlar və stüardessa həlak olub.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti