...

Azərbaycanda Dinşünaslıq üzrə komissiya yaradılır

Cəmiyyət Materials 21 Oktyabr 2014 16:01 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə komissiya yaradılır.
Azərbaycanda Dinşünaslıq üzrə komissiya yaradılır

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə komissiya yaradılır.

DQİDK-dan Trend-ə verilən məlumata görə, dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizədə effektivliyin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında fəaliyyət göstərəcək Dinşünaslıq üzrə komissiyanın yaradılması ilə bağlı tədbir keçirilib. Tədbirdə tanınmış ilahiyyatçılar, dinşünaslar və ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı komissiyanın əsas məqsədləri barədə məlumat verib. O, dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının nəzdində ictimai əsaslarla komissiyaların yaradıldığını və bu cür komissiyaların beyin mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd edib.

Dinşünaslıq üzrə komissiyanın əsasnaməsinin lahiyəsi ilə tanışlıqdan sonra tədbirə dəvət olunmuş alimlər fikir və təkliflərini bildiriblər. Komissiyanın yaradılmasını yüksək dəyərləndirən alimlər qurumun fəaliyyətinin ölkədəki dini duruma və maarifləndirmə prosesinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti