...

Azərbaycanda "yol terroru" nəticəsində 74 uşaq ölüb, 175 uşaq isə yaralanıb

Cəmiyyət Materials 21 Oktyabr 2014 16:51 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində Azərbaycanda baş vermiş yol qəzalarında ölənlərin 74 nəfəri, yaralananların isə 175 nəfəri 16 yaşına qədər uşaq olub.
Azərbaycanda "yol terroru" nəticəsində 74 uşaq ölüb, 175 uşaq isə yaralanıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bu ilin 9 ayı ərzində Azərbaycanda baş vermiş yol qəzalarında ölənlərin 74 nəfəri, yaralananların isə 175 nəfəri 16 yaşına qədər uşaq olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, 2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 1959 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 845 nəfər ölüb, 1993 nəfər yaralanıb.

K.Əliyev qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 198 fakt, ölənlərin sayı 27 nəfər, yaralananların sayı isə 310 nəfər azalıb.

Hesabat dövründə Bakıda 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.

Hadisələrin çoxu piyadaların vurulması ilə müşayiət olunub. Bu, ümumi hadisələrin 36 faizini təşkil edib. Piyadaların vurulması ilə nəticələnən 707 hadisə baş verib. Nəticədə 267 nəfər ölüb, 499 nəfər yaralanıb.

Sürət həddinin aşılması səbəbindən 571 qəza baş verib. Nəticədə 293 nəfər ölüb, 468 nəfər xəsarət alıb.

Ötmə və qarşı hərəkət zolağına keçmə səbəbindən 630 qəza baş verib. Bu zaman 256 nəfər ölüb, 763 nəfər xəsarət alıb.

Yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən 159 hadisə qeydə alınıb. Nəticədə 65 nəfər ölüb, 232 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti