...

Bakıda İstintaq təcridxanasında yeni ailənin təməli qoyuldu (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2014 17:13 (UTC +04:00)
Bakı İstintaq təcridxanasında nikah mərasimi keçirilib.
Bakıda İstintaq təcridxanasında yeni ailənin təməli qoyuldu (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı İstintaq təcridxanasında nikah mərasimi keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, azadlıqdan məhrum edilmiş şəxslərin "ASAN" xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Penitensiar Xidmətin tabeliyindəki Bakı İstintaq təcridxanasında keçirilib.

Belə ki, Bakı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Mahmudov Nizami Əmir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Oktyabrın 21-də təcridxananın inzibati binasında 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Turan Abbasova, Pərvin Məmmədova və Akim Abbasov tərəfindən Mahmudov Nizami Əmir oğlunun vətəndaş Məmmədova Gülnar Müzəffər qızı ilə nikahı qeydə alınıb.

Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN" xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti