...

Prezident qayğısının daha bir təzahürü: Gəncəyə 10 milyon manat ayrıldı

Cəmiyyət Materials 22 Oktyabr 2014 16:15 (UTC +04:00)
Gəncəlilər ikiqat sevinc içərisindədirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabrda Gəncəyə tarixi səfərini xoş və fərəh dolu təəssüratları ilə yaşadıqları bir anda daha bir şad xəbər bütün Gəncə sakinlərini sevindirdi.
Prezident qayğısının daha bir təzahürü: Gəncəyə 10 milyon manat ayrıldı

Gəncəlilər ikiqat sevinc içərisindədirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabrda Gəncəyə tarixi səfərini xoş və fərəh dolu təəssüratları ilə yaşadıqları bir anda daha bir şad xəbər bütün Gəncə sakinlərini sevindirdi. Ölkə başçısı 21 oktyabr 2014-cü il tarixdə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, şəhəri Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Sərəncamlarda qeyd olunur ki, son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirilmiş, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, "Xəmsə" abidəsi, Gəncə Qala qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Park-Kompleksi yaradılmış, yüksək standartlara cavab verən 4 mehmanxana tikilmiş, küçələr, çoxsaylı yaşayış binaları yenidən qurulmuş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan "İmamzadə" kompleksinin bərpası, Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Dram Teatrı binalarının tikintisi davam etdirilməkdədir.

Şəhərin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Gəncə şəhər İcra Hakimiyyətinə ölkə Prezidentinin Ehtiyat Fondundan beş milyon manat ayrılıb.

Dövlət başçısının digər bir sərəncamı ilə otuz beş min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsindən Gəncəyə beş milyon manat ayrılıb.

Ölkə başçısının imzaladığı sərəncamlar gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanıb və onlara yüksək əhval-ruhiyyə, xoş ovqat bəxş edib. Ölkədəki geniş vüsətli tərəqqinin önündə gedən gəncəlilər onlara göstərilən diqqəti, dəstəyi əməli işlərində şərəflə doğruldacaqlarını, Şeyx Nizami yurdu Gəncənin daha da inkişaf etməsinə, dünyamiqyaslı bir şəhər kimi tanınmasına çalışacaqlarını bəyan edir, ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti