...

Polşanın Poznan şəhərində Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2014 20:12 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının əsas binasında 1918-1920-ci illərdə Polşanın Baş naziri olmuş İ.Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun barelyefinin açılışı olub.
Polşanın Poznan şəhərində Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının əsas binasında 1918-1920-ci illərdə Polşanın Baş naziri olmuş İ.Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun barelyefinin açılışı olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, barelyefin açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, İ.Paderevski adına Musiqi Akademiyasının rektoru Halina Lorkovskaya, Akademiyanın prorektorları, müəllim və tələbə heyəti və Poznan ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə xanım H.Lorkovskaya açaraq İ.Paderevski və Ə.Topçubaşov haqqında danışıb və barelyefin İ.Paderevskinin adını daşıyan Musiqi Akademiyasında qurulmasını əlamətdar hadisə kimi dəyərləndirib.

H.Həsənov çıxışında Azərbaycan haqqında məlumat verib və Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb. Səfir bildirib ki, barelyefin açılışı Azərbaycan xalqının ona edilən yaxşılıqları və öz dostlarını unutmayan xalq olduğunun göstəricisidir.

Sonra Azərbaycan səfiri və Akademiyanın rektoru barelyefi açıblar.

Tədbirin sonunda Musiqi Akademiyasının tələbələrinin hazırladığı konsert olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti