...

Dünya Bankı və Azərbaycan hökuməti arasında ədliyyə sahəsində yeni layihə imzalanıb (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2014 20:16 (UTC +04:00)
Bu gün Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun yanında Dünya Bankı və Azərbaycan hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni layihənin imzalanması mərasimi keçirilib.
Dünya Bankı və Azərbaycan hökuməti arasında ədliyyə sahəsində yeni layihə imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun yanında Dünya Bankı və Azərbaycan hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni layihənin imzalanması mərasimi keçirilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, layihəni Azərbaycan Respublikası adından ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankı adından Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko imzalayıblar.

Layihənin keçirilməsində məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etməkdir.

Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti