...

Azərbaycan sinoptiklərindən hava müjdəsi

Cəmiyyət Materials 23 Oktyabr 2014 13:29 (UTC +04:00)
Sabah Bakıda havanın maksimal temperaturu 22 dərəcə isti olacaq.
Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda havanın maksimal temperaturu 22 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, ciskin olacaq, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti