...

Elsevər Ağayev: Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azalması tendensiyası gedir

Cəmiyyət Materials 23 Oktyabr 2014 15:07 (UTC +04:00)
"Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azalması tendensiyası gedir. Təbii ki, hər bir ana və körpə ölmü Səhiyyə Nazirliyini də, cəmiyyəti də narahat edir, amma statistik rəqəmlərə baxdıqda görürük ki, bu rəqəmlər azalır".
Elsevər Ağayev: Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azalması tendensiyası gedir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azalması tendensiyası gedir. Təbii ki, hər bir ana və körpə ölmü Səhiyyə Nazirliyini də, cəmiyyəti də narahat edir, amma statistik rəqəmlərə baxdıqda görürük ki, bu rəqəmlər azalır". Trend-in məlumatına görə, bunu jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, ana və uşaq ölümü dünyanın bütün ölkələrində baş verir: "Əksər hallarda biz cəmiyyətə, analara da müraciət edirik ki, həkimlərə vaxtında müraciət etmək lazımdır. Yəni həkimlərə gec müraciət etdikdə, hamiləlik zamanı həkim nəzarətində olmadıqda, sonda belə problemlər meydana çıxa bilər. Bu da tək-tək hallarda baş verir. Hər bir ana və uşaq ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır, günahkarlar cəzalandırılır. Regionlarda da metodiki tövsiyyə xarakterli tədbirlər keçirilir və ginekoloqlar bu sahədə maarifləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti