...

Bakı məktəblərinin birində "Fərdiləşmiş Tədris" layihəsi çərçivəsində yeni tədris otağı açılıb (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2014 16:39 (UTC +04:00)
Cari ilin oktyabr ayının 23-də Bakı şəhər Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə “Fərdiləşmiş Tədris” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
Bakı məktəblərinin birində "Fərdiləşmiş Tədris" layihəsi çərçivəsində yeni tədris otağı açılıb (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Cari ilin oktyabr ayının 23-də Bakı şəhər Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə "Fərdiləşmiş Tədris" layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev bildirib ki, Bakı şəhər 220 nömrəli məktəb-liseydə yaradılmış tədris otağı təmənnasız olaraq 30 ədəd "ASUS T100" şagird planşeti və 1 ədəd "ASUS TX201" müəllim noutbuku ilə təmin olunub. "ASUS Transformer" planşetlərinin əsas üstünlüyü klaviaturanın olmasıdır ki, bunun da sayəsində "Windows 8.1" əməliyyat sistemi ilə tədris prosesində daha səmərəli və effektiv nəticələr əldə etmək mümkündür.

Tədbirdə çıxış edən "Aztech" və "Microsoft Azərbaycan" şirkətlərinin nümayəndələri layihənin əhəmiyyətindən söhbət açıb və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra tədris otağının açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak edən təhsil işçiləri, media nümayəndələri tərəfindən dərs dinlənilib və şagirdlərin dərsdə iştirakı əyani şəkildə izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti