...

Ramil Usubov BƏƏ səfiri ilə görüşüb

Cəmiyyət Materials 23 Oktyabr 2014 17:02 (UTC +04:00)
Oktyabrın 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xəlifə Məhəmməd Əl-Qaflini qəbul edib.
Ramil Usubov BƏƏ səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Oktyabrın 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xəlifə Məhəmməd Əl-Qaflini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan nazir BƏƏ-nin müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Daha sonra DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra həyata keçirilən islahatlar, sabitlik və əmin-amanlığın bərpa edilməsi, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları üçün normal şəraitin yaradılması barədə məlumat verilib.

2007-ci ilin sonlarında BƏƏ-yə səfərini xatırladan daxili işlər naziri Azərbaycan tərəfinin iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu, bu görüşün əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.

Səfir S.X.Məhəmməd Əl-Qafli səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, bundan sonrakı fəaliyyəti dövründə də ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti