Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
İranın gənclər və idman naziri Mahmud Qudərzi bazar ertəsi Azərbaycana səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmməd Ayətullahi deyib.
Onun sözlərinə görə, M.Qudərzi 28-30 oktyabrda Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forum da iştirak etmək üçün Azərbaycana səfərə gəlir.
M.Ayətullahi bildirib ki, iranlı nazir, həmçinin azərbaycanlı həmkarı ilə ikitərəfli əlaqələrin inkişafı üzrə müzakirələr aparacaq.