...

Hüseynqulu Bağırov Göyçayda vətəndaşlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2014 12:14 (UTC +04:00)
24 oktyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göyçay, Kürdəmir və Ucar rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Hüseynqulu Bağırov Göyçayda vətəndaşlarla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

24 oktyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göyçay, Kürdəmir və Ucar rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

ETSN-dən Trend-ə verilən məlumata görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti