...

İran Xəzərdən 9200 ton kilkə balığı ovlayıb

Cəmiyyət Materials 24 Oktyabr 2014 13:50 (UTC +04:00)
İran balıqçıları cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) Xəzər dənizindən 9200 ton kilkə balığı ovlayıb.
İran Xəzərdən 9200 ton kilkə balığı ovlayıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran balıqçıları cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) Xəzər dənizindən 9200 ton kilkə balığı ovlayıb. Trend-in məlumatına görə, bu barədə İranın Mana agentliyi xəbər verir.

Məlumata əsasən, cari ilin ilk altı ayı ərzində Gilan və Mazandaran əyalətində 9200 ton kilkə balığı ovlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Ovlanmış balıqların 59 faizi Mazandaran əyalətinin, 41 faizi isə Gilan əyalətinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti