...

Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Cəmiyyət Materials 24 Oktyabr 2014 14:04 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulandı.

Səfir Teymuraz Şaraşenidze tarixən yaxın münasibətdə olan ölkədə səfir kimi fəaliyyət göstərməyin böyük məsuliyyətli iş olduğunu qeyd edərək, ölkələrimiz arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirdi.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti