...

Qazax rayon təhsil şöbəsinin müdiri: "Rayonda təhsillə bağlı elə bir problem yoxdur" (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2014 16:27 (UTC +04:00)
“Qazaxın cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, bu rayonda təhsillə bağlı elə bir problem yoxdur”
Qazax rayon təhsil şöbəsinin müdiri: "Rayonda təhsillə bağlı elə bir problem yoxdur" (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Zaur Mustafayev/

"Qazaxın cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, bu rayonda təhsillə bağlı elə bir problem yoxdur". Trend-in məlumatına görə, bunu jurnalistlərə Qazax rayon təhsil şöbəsinin müdırı Dərgahquliyev Əhməd bildirib.

Onun sözlərinə görə, KİV nümayəndələrinin cəbhə bölgəsinə səfəri Təhsil Nazirliyinin son zamanlar həyata keçirdiyi ən gözəl tədbirlərdən biridir: "Təhsil və Müdafiə nazirliklərinin nümayəndələrinin cəbhə bölgəsində olması, orada əhalin həyat tərzi, tədris şəraiti ilə tanış olması burada yaşayan insanları ruh verir. Qazax rayonu Azərbaycanın ən qədim bölgəsində yerləşir. Qazax rayonu Erməmnistanla 168 km sərhəddə yerləşir, 7 kəndimiz işğal altındadır. Bu şəraitdə olmasına baxmayaraq, Qazaxda təhsillə bağlı elə bir problem yoxdur".

Ə.Dərgahquliyev bildirib ki, rayonun ali məktəblərə tələbə qəbulu üzrə göstəriciləri yaxşıdır. Qazax rayonunun məktəbləri müxtəlif təhsil layihələrində qalıb olur. Rayon təhsil şöbəsinin müdirinin fikrincə, bunu da Qazaxda təhsil sahəsində işlərin yaxşı aparılmasının bariz nümunəsi hesab etmək olar.

Qeyd edək ki, Azərbaycanda 30-dan çox KİV nümayəndəsi Tovuz və Qazax rayonlarına səfər edib KİV nümayəndələri bu gün Qazax rayon Elşən Cəfərov adına Caylı kənd 2 saylı tam orta məktəbində tədris şəraiti ilə tanış olublar.

Təhsil Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan bu səfərin məqsədi ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdır.

Səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaradacaq. Bütün bunlar ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti