...

Azərbaycanda V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb

Cəmiyyət Materials 24 Oktyabr 2014 16:40 (UTC +04:00)
Azərbaycanda V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb.
Azərbaycanda V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda V "Elektron Təhsil" Respublika müsabiqəsinin I mərhələsi başa çatıb. Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, müsabiqə "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "Edumedia-Azərbaycan", "AZEDUNET", "Ultra", "Dr.Web", Mədəd Azərbaycan və "Nar Mobile" şirkətləri tərəfindən dəstəklənir.

Müsabiqənin I mərhələsinə 1105 layihə təqdim olunub. Bunlardan 127-si müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməyib. İkinci mərhələyə buraxılmış 978 layihə qiymətləndirilmək üçün müvafiq Ekspert Komissiyasına təqdim olunub.

Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti