...

Azərbaycanda yeyinti məhsulları sahəsinə dövlət nəzarəti daha da güclənəcək

Cəmiyyət Materials 25 Oktyabr 2014 11:30 (UTC +04:00)
Azərbaycanda yeyinti məhsulları üçün sertifikatın alınmasına görə dövlət rüsumlarının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi tələbi qoyulacaq.
Azərbaycanda yeyinti məhsulları sahəsinə dövlət nəzarəti daha da güclənəcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yeyinti məhsulları üçün sertifikatın alınmasına görə dövlət rüsumlarının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi tələbi qoyulacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Azərbaycan Prezidenti tərəfindən parlamentə daxil olmuş "Yeyinti məhsulları haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanuna ediləcək yeni dəyişikliklər dövlət rüsumunun ödənilməsi zamanı korrpusiya və digər neqativ halların qarşısının alınmasına və müasir ödəmə sistemlərinin (nağdsız) tətbiqinin genişləndirilməsinə imkan verəcək.

Layihəyə qeyd edilən digər dəyişikliyə görə, Azərbaycana idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək veriləcək.

Dəyişikliyin edilməsində məqsəd istifadə müddəti keçmiş yeyinti məhsullarının dövriyyədən çıxarılması, habelə yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində standartlara və tələblərə əməl olunmasına görə dövlət nəzarətinin həyata keçirilməsi, insanların həyatı və sağlamlığına təhlükə törədə biləcək halların aşkarlanması sahəsində işlərin daha da ciddiləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti