...

Yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq

Cəmiyyət Materials 27 Oktyabr 2014 18:08 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 30-da Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.
Yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 30-da Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) 29 oktyabr 2014-cü il tarixində saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel.: +994 (12) 512-01-14; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti