...

Azərbaycanda soyuq, yağmurlu hava şəraiti davam edəcək

Cəmiyyət Materials 28 Oktyabr 2014 12:47 (UTC +04:00)
Yaxın 2-3 gündə Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Azərbaycanda soyuq, yağmurlu hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın 2-3 gündə Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli olacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da havanın temperaturu gecə 7-10, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 29-da bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti