...

Azərbaycanlı akademik Oksford Akademiya İttifaqının təsisçisi və üzvü oldu

Cəmiyyət Materials 28 Oktyabr 2014 15:19 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb.
Azərbaycanlı akademik Oksford Akademiya İttifaqının təsisçisi və üzvü oldu

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb.

AMEA-dan Trend-ə verilən məlumata görə, yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb. Avropa Biznes Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub.

H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb. Həmçinin Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti