...

Azərbaycan sinoptiklərindən hava müjdəsi

Cəmiyyət Materials 30 Oktyabr 2014 12:43 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq.
Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, bəzi şimal və şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti