...

Daha iki məktəb qardaşlaşdı

Cəmiyyət Materials 30 Oktyabr 2014 15:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Qax rayonu 2 saylı şəhər məktəb-liseyin şagirdləri ilə Bakının Yasamal rayonu 158 saylı tam orta məktəbin şagirdləri görüşüblər.
Daha iki məktəb qardaşlaşdı

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Qax rayonu 2 saylı şəhər məktəb-liseyin şagirdləri ilə Bakının Yasamal rayonu 158 saylı tam orta məktəbin şagirdləri görüşüblər.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tərəflər arasında "Qardaşlaşma sazişi" imzalanıb. Hər iki məktəbin nümayəndələri imzalanma mərasimindən sonrakı çıxışlarında dostluqlarını davam etdirəcəklərini vurğulayıblar və qaxlılar Bakı məktəblilərini qonaq dəvət ediblər.

Layihə çərçivəsində ilk dəfə məktəblilər Bilik Fondunda olublar. Fondla geniş tanışlıqdan sonra komandalar arasında yarışma başlayıb. Bilik yarışmasında Yasamal məktəbliləri qalib gəliblər. Qaliblərlə yanaşı, məğlublar da mükafatlandırılıb. Onlara kuboklar, sertifikatlar, təşəkkürnamələr, kitablar və qiymətli hədiyyələr verilib.

Qeyd edək ki, Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsinə sentyabrın əvvəlindən start verib. Bu müddətdə müxtəlif rayonların məktəbləri layihəyə cəlb olunub, 26 məktəb arasında qardaşlaşma sazişi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti