...

Azərbaycanda 1 milyon manata yaxın vergini büdcəyə ödəməyən şəxs həbs edildi

Cəmiyyət Materials 31 Oktyabr 2014 14:47 (UTC +04:00)
Azərbaycanda vergidən yayınan şəxs həbs olunub.
Azərbaycanda 1 milyon manata yaxın vergini büdcəyə ödəməyən şəxs həbs edildi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycanda vergidən yayınan şəxs həbs olunub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bərdə rayonunun Zümürxaç kənd sakini, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olan Bayramov Fərrux Teymur oğlu (VÖEN: 4000286482) vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, respublikanın müxtəlif rayonlarından 1,6 milyon manat məbləğində kənd təsərrüfatı məhsullarının alınaraq Rusiya Federasiyasına ixrac edilməsindən əldə etdiyi gəlirdən ümumilikdə külli miqdar təşkil edən 185 min 901 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, F.Bayramov 11 saylı Ərazi Vergilər Departamentində vergiödəyici kimi qeydiyyatda olan fərdi sahibkarlar Xəlilov Asif Vahid oğlunun, Nuruyev Arzu Neymət oğlunun, Orucov Cəmaləddin İbrahim oğlunun və Orucov Orxan Cəmaləddin oğlunun vergiödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirib, onların adından Azərbaycan Respublikası ərazisində müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alnmasını və həmin məhsulların Rusiya Federasiyasına ixrac olunmasını təşkil edib. Bu zaman o, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, ümumilikdə külli miqdar təşkil edən 733 min 769 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Qeyd olunan hərəkətlərlə F.Bayramovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi müəyyənləşdirilərək, o, 22 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilib.

Təqsirləndirilən F.Bayramovun törətdiyi cinayətin xarakterini, azadlıqda qalarsa cinayət prosesini araşdıran orqandan gizlənə, istintaqın gedişinə mane ola biləcəyini və təkrar cinayət törədə biləcəyini nəzərə alaraq, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə 24 oktyabr 2014-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı F.Bayramov təqsirləndirilən şəxs qismində dindirilib, onun imza xətt nümunələri götürülüb, ekspertizalar keçirilib, şahidlər dindirilib. Hazırda dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ödətdirilməsi, istintaqın yekunlaşdırılıb işin məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti