...

Ermənilərin kökü kəsilir

Cəmiyyət Materials 31 Oktyabr 2014 15:26 (UTC +04:00)
2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Ermənistan əhalisi cari ilin əvvəli ilə müqayisədə 3,2 min nəfər azalıb.
Ermənilərin kökü kəsilir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Ermənistan əhalisi cari ilin əvvəli ilə müqayisədə 3,2 min nəfər azalıb. Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin hesabatında deyilir.

Oktyabrın 1-nə olan məlumata əsasən, Ermənistanın daimi əhalisinin sayı 3 013,9 min nəfər olub. Bunun 1 918,9 mini şəhərdə, 1 095 mini isə kənd yerlərində yaşayır.

Hesabatda qeyd edilir ki, Ermənistan əhalisinin sayının azalması mənfi miqrasiya saldosunun (13,6 min nəfər) əhalinin təbii artımını (10,4 min nəfər) üstələməsinə əsaslanır.

2014-cü ilin əvvəlinə olan məlumata görə, ölkənin daimi əhalisinin orta yaşı 35,7 təşkil edib. Kişilər arasında bu göstərici 34, qadınlar arasında isə 37,3 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti