...

Rusiyada Azərbaycan əsilli deputat həbs edildi

Cəmiyyət Materials 31 Oktyabr 2014 17:55 (UTC +04:00)
Rusiya Federasiyası Komi Respublikasının parlamentinin deputatı, "Uxtanefteqazgeologiya" ASC-nin baş direktoru Azərbaycan əsilli Akif Sayadov şirkətin əmlakını mənimsəməkdə və cinayət yolla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında şübhəli bilinir.
Rusiyada Azərbaycan əsilli deputat həbs edildi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Rusiya Federasiyası Komi Respublikasının parlamentinin deputatı, "Uxtanefteqazgeologiya" ASC-nin baş direktoru Azərbaycan əsilli Akif Sayadov şirkətin əmlakını mənimsəməkdə və cinayət yolla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında şübhəli bilinir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, A.Sayadov geoloji kəşfiyyat işləri üçün avadanlıqların tədarükü və çatdırılmasına dair müqavilələrin bağlanması zamanı rəhbərlik etdiyi müəssisənin 42 milyon rublunu (1 milyon dollar civarında) mənimsəyib və sonra həmin vəsaiti leqallaşdırıb.

Bundan başqa, 2009-2013-cü illərdə Azərbaycana səfər edərkən A.Sayadovun göstərişi ilə hesabına əməkhaqqı köçürülüb. Baş direktor Azərbaycana ezamiyyət və ya məzuniyyətlə bağlı zəruri sənədləri rəsmiləşdirmədən gedib.

Ümumilikdə isə ona əsassız qaydada 1,2 milyondan artıq rubl ödənilib.

Deputat oktyabrın 27-dən istintaq təcridxanasında saxlanılır. Ona qarşı ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti