...

Karikaturaçılarımız beynəlxalq festifallara hazırlaşırlar

Cəmiyyət Materials 27 İyul 2007 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul/müx. "TrendLife" Fəridə Məhərrəmqızı/ Xəbər verdiyimiz kimi, Azərbaycan Karikaturaçılar Birliyi payızda ölkə karikaturaçılarının bir neçə sərgisini təşkil etməyi planlaşdırır. Hələlik isə qurum üzvləri beynəlxalq sərgilərə hazırlaşırlar.

Karikaturaçılar Birliyinin sədri Bayram Hacızadə "TrendLife"a bildirib ki, Azərbaycan karikaturaçıları yaxın vaxtlarda ABŞ, Belçika, Braziliya, Yunanıstan və Çində keçiriləcək beynəlxalq karikatura festivallarında iştirak edəcəklər. Yeri gəlmişkən, bu günlərdə

azərbaycanlı karikaturaçıların 12 əsəri Almaniyada keçirilən karikaturaçıların beynəlxalq festivalından bəhs edən yerli jurnalda çap olunub.

Karikaturaçılar Birliyi hazırda "Müasir Azərbaycan karikaturası" adlı kitab üzərində işləyir.

Xəbər lenti

Xəbər lenti