...

"Azərbaycanda Böyük İpək Yolu İncəsənəti" adlı sərgi hazırlanır

Cəmiyyət Materials 1 Avqust 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /müx. " Eldar Hüseynzadə/ Avqustun 3-də Müslim Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında "Azərbaycanda Böyük İpək yolu İncəsənəti" adlı bədii sərgi açılacaq. Bu haqda "TrendLife"a Azərbaycan-Korea birgə incəsənət təşkilatı (Seoul-Baku) xəbər verib. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və "mədəniyyət dostları" fondunun dəstəyi ilə keçiriləcək. Sərgidə iştirak etmək üçün Bakıya Koreyadan 12 nəfər gələcək. Həmin nümayəndələrə "Namseul" universitetinin professoru, 21-ci əsr Beynəlxalq mədəniyyət assosiasiyasının əməkdaşı Jonq-Jae-Lee rəhbərlik edəcək. Azərbaycan tərəfindən isə gənc rəssamlarla yanaşı, nəhəng rəssamlar olan Rafael Abbasov, Mircəfər İsmayıl, Tahir Məmmədov, Kamil Nəcəfzadə, Tələt Şıxəliyev və başqaları iştirak edəcək. Onu da qeyd edək ki, sərgi filarmoniyada avqustun 5-nə kimi, muzey mərkəzində isə avqustun 9-na qədər davam edəcək. Tədbirdə 180-a qədər iş nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti