...

Böyük İpək Yolu Koreya və Azərbaycan rəssamlarının gözü ilə

Cəmiyyət Materials 6 Avqust 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında "Azərbaycanda Böyük İpək yolunun incəsənəti" adlı bədii sərgi açılıdı. "TrendLife"ın verdiyi məlumata görə bu sərgi "Azərbaycan mədəniyyəti dostları", Azərbaycan mədəniyyət və turizm nazirliyi, və Koreyanın "Seba" təşkilatı tərəfindən təşkil olunmuşdur. Sərgidə bir çox mədəniyyət xadimləri və deputatlar iştrak edirdi. Tədbir haqqında müğənni İlhamə Quliyeva "TrendLife"a bunları söylədi: "Azərbaycanda belə bir tədbirin keçirilməsi mənim üçün təəccüblü deyil. Sərgi təşkilatçılarına belə yüksək səviyyədə tədbir təşkil etdikləri üçün təşəkkürümü bildirirəm. Bura bütün elit insanlar şəhərin ziyalıları təşrif buyurub. Azərbaycan indi iri adımlayır. Mən gördüklərimdən böyük zövq aldım.

İndi isə sizə İncəsənət akademiyasının rektoru Ömər Eldarovun dediklərini təqdim edirik: "Mən ekspozisiya ilə hələ təzə tanış oluram, lakin görünür maraqlı sərgidir. İş ondadır ki, əsərlərdə şərq incəliyi var".

Tanınmış nümayəndələr çox idi. Onlar arsında estrada ulduzu Faiq Ağayev də var idi. "Trendlife" Faiqi görən kimi: "sərgidə sizi görməyimizi gözləmirdik". Faiq isə "Mən belə tədbirlərə arada gedirəm".

-Bu sərgidə iştirak etmək üçün Bakıya Koreyadan 12 nəfər nümayəndə gəlmişdir. Onlara "Namseul" universitetinin rektoru Jonq-Jae-Leen başçılıq edirdi. Sərgidə həmçinn azərbaycan rəssamlarının da işləri ilə tanış oldular. Sərgidə 180 işdən ibarət əsər nümayiş etdirildi. Tədbiri giriş sözü ilə Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açdı. Həmçinin sərgidə koreyalı qonaqlar da çıxış etdilər. Sərgidən sonra isə konsert oldu. Tədbir filarmoniyadı keçirilirdi. Konsertdə Murad Hüseynov, müğənni Samir Cəfərov və başqaları iştirak edirdi. Onu da qeyd edə ki, sərgi 6 - 9-na kimi isə Muzey mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti