Azərbaycan hökuməti gənclərin dünyanın aparıcı təhsil müəssisələrində təhsil almasına önəm verir

Cəmiyyət Materials 7 Noyabr 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan hökuməti gənclərin dünyanın aparıcı təhsil müəssisələrində təhsil almasına mühüm önəm verir.

"Azərbaycan Prezidentinin təhsil sahəsində sərəncamı onunla bağlıdır ki, gənclər dünyanın ən qabaqcıl universitetlərində təhsil alsın və qayıtdıqdan sonra respublikanın çiçəklənməsinə xidmət etsinlər", - şənbə günü Bakıda nüfuzlu xarici universitetlərin beynəlxalq sərgisinin açılışında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə deyib.

"Kaspi" təhsil mərkəzi Bakıda noyabrın 7-də nüfuzlu xarici universitetlərin beynəlxalq sərgisini təşkil edib. Burada "Glasgow University", "East Anglia University", INTO, "Study Group" (Böyük Britaniya), "Glion" (İsveçrə) və "Kendall College" (ABŞ) təhsil müəssisələri iştirak edirlər.

"2015-ci ilədək dövlət xətti ilə 5 min tələbə xarici universitetlərdə təhsil alacaq", - Azərbaycanın təhsil nazirinin müavini Elmar Qasımov jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda 10 minə qədər azərbaycanlı xaricdə təhsil alır və onlardan 500 nəfəri dövlət xətti ilədir.

Xəbər lenti

Xəbər lenti