...

Azərbaycanda "Xəmsə" Milli İntellektual Oyunu üzrə çempionat keçirilir

Cəmiyyət Materials 13 Noyabr 2009 14:54 (UTC +04:00)
"Xəmsə" Milli İntellektual Oyunu ənənəvi xarakter daşıyacaq və ildə iki dəfə keçiriləcək: birinci yarımildə ali təhsil məktəbləri gəncləri arasında və ikinci yarımildə isə məktəb şagirdləri arasında. Bu barədə cümə günü, gənclər və idman naziri müavini İntiqam Babayev jurnalistlərə deyib.
Azərbaycanda "Xəmsə" Milli İntellektual Oyunu üzrə çempionat keçirilir

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir M.Əliyev/

"Xəmsə" Milli İntellektual Oyunu ənənəvi xarakter daşıyacaq və ildə iki dəfə keçiriləcək: birinci yarımildə ali təhsil məktəbləri gəncləri arasında və ikinci yarımildə isə məktəb şagirdləri arasında. Bu barədə cümə günü, gənclər və idman naziri müavini İntiqam Babayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, "Xəmsə" ilk milli brendli İntellektual Oyundur və gələcəkdə bu oyunun beynəlxalq səviyyədə təşkil edilməsi istiqamətində işlər aparılacaq. "Bu oyunun məqsədi gənclərin dünyagörüşünü genişləndirmək və Azərbaycan tarixi və mədəniyyəti üzrə biliklərini artırmaqdır", - Babayev deyib.

Cümə günü Bakıda, "Xəmsə" Milli İntellektual Oyununun Azərbaycan çempionatının açılışı olub.

Çempion adı uğrunda 22 komanda mübarizə aparacaq. Çempionat Azərbaycanda Gənclər ili çərçivəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti