Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycanda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş 7-ci "Ana dilimizi sevək, sevdirək" adlı müsabiqə yekunlaşıb.
Trend -un məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən 11 Türk liseyinin 7-11-ci sinif şagirdləri arasında Çağ Tədris Mərkəzi tərəfindən keçirilən müsabiqəyə 5 min şagird qatılıb.
Müsabiqənin yekununda 5 nominasiya üzrə (inşa, qrammatika, mahnı, şeir və internet səhifəsinin hazırlanması) 60-a yaxın şagird 200-400 manat məbləğində mükafatlandırılıb.