Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.Ostapenko /
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Xaraşti Azərbaycana sentyabrın 7-dən 11-nə kimi sürən səfərinin yekunlarını açıqlayıb.
"Azərbaycana hazırkı səfərimin məqsədi "Medianın özünütənzimləməsi" adlı kitabın təqdimatının keçirilməsidir. Mən çox şadam ki, bu kitab artıq Azərbaycan dilində də təqdim olunub", - Xaraşti cümə axşamı Bakıya səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında qeyd edib.
Xüsusi nümayəndə səfəri zamanı Azərbaycanın ombudsmanı Elmira Süleymanova və Prezident Administrasiyasının İctimia-siyasi şöbə müdiri Əli Həsənov ilə görüşüb.
Xaraşti Azərbaycan Prezidenti İlham Əliyevin dəfərlərlə həbs olunan jurnalistlərin əfv edilməsi haqqında qərar qəbul etməsi faktını müsbət qiymətləndirib. "Ümid edirəm ki, bu istiqamətdə irəliləyiş davam edəcək", - o bildirib.
"Azərbaycanda fəaliyyət göstərən Jurnalistlər İttifaqı bir neçə funksiyanı yerinə yetirməlidir: jurnalist fəaliyyətinin müfafiəçisi qismində çıxış etməli, jurnalistlərin informasiya əldə etməsi və qeyri-hökumət təşkilatları ilə işləməsini təmin etməlidir", - Xaraşti bildirib.
"Medianın özünü tənzimləməsi KİV-in peşakarlığından bəhs edir", - o bildirib.
"İnternet plüralist informasiyanın vacib resursudur. İnternetdə informasiyanın tənzimlənməsi məsələsi bir çox ölkələrdə qaldırılıb. Dövlət nəzarəti internetə şamil edilməməlidir, belə ki, internet sərhədsizdir və hər hansı bir millətə məxsus deyil", - ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi belə hesab edir.