ABŞ-ın aparıcı politoloqu Ariel Koen TREND İnformasiya Agentliyinin kollektivi ilə görüşüb

Cəmiyyət Materials 20 Noyabr 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

The Heritage Foundation-nın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi istiqaməti üzrə rəhbəri, politoloq Ariel Koen cümə günü TREND İnformasiya Agentliyinin kollektivi ilə görüşüb.

Görüş zamanı Azərbaycan jurnalistikasının inkişafı, materialların hazırlanması zamanı peşəkarlığın artırılması və Azərbaycan agentiliyinin məhsullarının beynəlxalq xəbər bazarlarında daha aktiv hərəkəti məsələləri müzakirə edilib.

Ariel Koen tanınmış sovetoloq, xarici siyasət, təhlükəsizlik və beynəlxalq əlaqələr sahəsində ekspertdir. Onun peşəkar ekspertiza sahələri: Rusiyanın iqtisadi və maliyyə siyasəti, Rusiya-ABŞ əlaqələri, Xəzər dənizi zonasında neftin hasilatı və nəqli problemləri, etnik münaqişələr, həmçinin Rusiyanın MDB ölkələri ilə münasibətləri.

Ariel Koen Bar İlan Universitetində hüquq sahəsində təhsil alıb və jurnalist işləyib. 1989-cu ildə ABŞ-a gələrək magistr dərəcəsi, 1993-cu ildə isə Tafta Universitetində hüquq doktoru dərəcəsi alıb. 1992-ci ildən The Heritage Foundation - "Fikir Fabriki" yanında "Deyvis" Beynəlxalq Tədqiqatlar İnstitutunun əməkdaşıdır. O, Beynəlxalq Strateji Araşdırmalar İnstutunun Beynəlxalq Əlaqələr Şurasının (London), Milli Açıq Siyasət İnstitutunun, həmçinin ABŞ-ın Slavyan Araşdırmalarının İnkişafı Assosiasiyasının üzvüdür.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, Dünya Bankının, ABŞ Senatı və hökumətinin və "Azadlıq" radiosunun konsultantı işləyib. ABŞ-ın MKİ-də mühazirə kursu oxuyub və bir çox hökumət konfranslarında iştirak edib. Ariel Koen ABŞ Konqresinin müxtəlif komitələri qarşısında çıxış edir, televiziya proqramları və tok-şoularda iştirak edir. Bundan əlavə, o, "Central Asia and the Caucasus" jurnalının redaksiya şurasının üzvüdür və müntəzəm surətdə "Washington Post", "The Washington Times", "The Wall Street Journal", "The Journal of Commerce", "Harvard International Review" və digər qəzet, jurnallar üçün məqalələr yazır.

Xəbər lenti

Xəbər lenti