Azərbaycanda gənclərin 93 faizi öz sağlamlığını "yaxşı" qiymətləndirir

Cəmiyyət Materials 1 Fevral 2010 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir M.Əliyev/

Dövlət Statistika Komitəsinin (DSK) keçirdiyi statistik sorğunun nəticələrinə görə, Azərbaycanda bu gün gənclərin 93 faizi öz sağlamlığını "yaxşı" qiymətləndirir. Trend -un məlumatına görə, bu barədə DSK-nın yaydığı məlumatda bildirilir.

Məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadındır. Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti