ATƏT Naxçıvanda yeni layihələr həyata keçirəcək

Cəmiyyət Materials 2 Fevral 2010 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir M.Əliyev/

ATƏT Naxçıvanda yeni layihələr həyata keçirəcək. Bu razılaşma ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilqe Cankorelin Naxçıvan Muxtar Respublikasının başçısı ilə görüşü zamanı əldə olunub. Bu barədə ofisin məlumatında deyilir.

Yanvarın 28-29-u səfəri zamanı Naxçıvanda ictimai toplantıların idarə olunmasi, sərhədlərin idarə olumasına dair seminar, məhkəmələrin monitorinqi, hüquqşunas, vəkil, hakim və prokurorlar üçün təlimlərin keçirilməsi və s. layihələr həyata keçirilməsinə dair razılaşma əldə olunub.

ATƏT-in Bakı Ofisi həmçinin Azərbaycanda parlament seçkiləri öncəsi seçkilərlə bağlı bir sıra layihələri reallaşdırmağı və KİV üçün təlimlərin keçirilməsini planlaşdırır.

ATƏT-in Bakı Ofisinin rəhbəri Cankorel Naxçıvana səfəri zamanı həmçinin Bənəniyar kəndində olub və yerli sakinlər ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti